Azər İngiliscə Dərs Sistemi necə istifadə olunur?

a) Windows, MacOS və Linux sistemləri üzərindən

QEYD: Axtarışın əməliyyatları internet brovserləri üzərindən həyata keçirilir. İnternet brovserlərindən isə Chrome və ya Firefox istifadə etməyiniz məsləhət görülür. Safari internet brovzeri bu tətbiqi dəstəkləmədiyindən MacOS istifadə edən tələbələrimizin Chrome internet brovseri üzərindən istifadə etməkləri lazımdır.

Tələbələrimiz Chrome və ya Firefox brovzerləri üzərindən student.azeringilisce.com səyfəsinə keçid edərək tələbə ekranlarına daxil ola bilərlər.

Dərslərə qatılmaq üçün Tələbə ekranlarında DƏRSİNİZƏ qatılmaq üçün DAXİL OLUN işarəsinə basaraq dərsinizə qatıla bilərsiniz. Ayrıca olaraqda dərs saatı yaxınlaşdığında aşağıdakı şəkildə qeyd olunduğu kimi qırmızı xəbərdarlıq əks olunmalıdır. Bu xəbərdarlığa daxil olaraq açılacaq səhifədə pedaqoqunuzun axtarışını edə bilərsiniz.

Responsive image

Responsive image

Axtarış (Dərs) Səhifəsi

Dərs səhifənizə daxil olduqda aşağıdakı ekran ilə qarşılaşacaqsınız. Pedaqoqunuzun sizə zəng etməyini gözləyin.

Responsive image

Pedaqoqunuz sizə zəng etdikdə aşağıdakı ekran ilə qarşılaşacaqsınız. Bu ekranda yaşıl rəngli işarəni təstiq etdiyinizdə zəngə cavab vermiş olacaqsınız. Zəngə cavab verdikdə sizdən mikrofon və kamera üçün icazə tələb olunacaqdır. Xahiş edirik icazələri təstiq etməyi unutmayasınız.

Responsive image

İcazə istəyi - Chrome Responsive image

İcazə istəyi - Firefox Responsive image

İcazə əməliyyatlarından sonra pedaqoqunuz ilə dərsinizə başlayacaqsınız. Aşağıda,dərs zamanı hansı ekranı görəcəyinizi göstərən ekran görüntüsü ilə tanış ola bilərsiz.

Responsive image

b) Android Telefonları Üzerindən

Android cihazlar üçün tətbigetmə hazırlanmaqdadır. Bu səbəbdən Android telefonlarınızda Chrome ya da Firefox internet brovserləri üzərindən student.azeringilisce.com səhfəsini daxil olaraq dərslərə qatıla bilərsiniz

c) Iphone Telefonları Üzerindən

iOS əməliyyat sistemi istifadə edən cihazlar üçün tətbigetmə hazırlanmaqdadır. Lakin Iphone və Ipad cihazları internet brovserleri üzərindən səs transferi dəstəkləmədiyi üçün iOS yüklü cihazlar (Iphone, Ipad) istifadə edən şagirdlərimizin müvəqqəti olaraq kompüterləri üzərindən dərslərə qatılmalarını xahiş edirik.